VISION EQXX. Səhranın fəthi.

VISION EQXX. Səhranın fəthi.

Bu fövqəladə avtomobilin üçüncü sınağında rekord səmərəlilik.

VISION EQXX nədir?

Elektrik mobilliyinin gələcəyi üçün layihə.

VISION EQXX müasir dəbdəbəni qabaqcıl texnologiyalar və aerodinamika ilə birləşdirən, elektrik enerjisindən misilsiz səmərəli istifadə üçün yaradılmış eksperimental avtomobildir. Bu, Mercedes-Benz-in gələcəyin elektrik mobilliyi layihəsidir.

Əvvəlki sınaqlar

Avropa yollarında 1000 km-dən çox.

2022-ci ilin aprelində VISION EQXX Avropanın açıq yollarında ilk uzun məsafəli səfərini etdi. 1000 km-dən uzun növbəti səfər 2022-ci ilin iyununda müxtəlif ölkələrdə və fərqli sürüş şəraitində baş tutdu.

Sınaq qəbul edildi: Ər-Riyad – Dubay.

Sınaq 3

Sınaq qəbul edildi: Ər-Riyad – Dubay.

Üçüncü sınaq 8 mart 2024-cü ildə Ər-Riyaddan Dubaya sərt Ərəbistan səhrası boyunca bir dəfə enerji doldurmaqla edilən səfər oldu – daha yüksək enerji səmərəliliyinin sərhədlərini aşaraq.

Marşrut uzun səhra şossesi hissələrindən və sıx hərəkətli küçələrdən keçirdi. Bu, istilik idarəetməsi və “günəş damı” kimi texnologiyaları sınamaq üçün əla fürsət idi.

VISION EQXX sınaqdan çıxdı.

Nəticə

VISION EQXX sınaqdan çıxdı.

Üçüncü uzun səfərdə VISION EQXX 14 saat 42 dəqiqə ərzində 7,4 kVt·saat/100 km göstəricisinə nail oldu və Dubaya çatanda hələ 309 km məsafə ehtiyatı var idi. 34 °C-yə qədər temperaturda avtomobil əvvəlki səmərəlilik göstəricisini əhəmiyyətli dərəcədə üstələdi.

Günəş panelli damı olan avtomobillərin gələcəyi.

Günəş enerjisi və komanda işi

Günəş panelli damı olan avtomobillərin gələcəyi.

Amansız səhra günəşi altında mühəndislər “günəş damı”nı sınaqdan keçirdilər: o, bir çox köməkçi sistemi qidalandırmaq üçün 1,8 kVt·saat enerji topladı, ümumi sərfiyyatı azaltdı və məsafəyə təxminən 24 km əlavə etdi.

Sükan arxasındakı insan hər bir nəqliyyat vasitəsinin səmərəliliyinin ən vacib amillərindən biridir. Təcrübəli sürücülər real vaxtda ən səmərəli sürüş tərzini təklif edən intellektual köməkçi sistemdən tam istifadə etdilər.

Yüngül akkumulyator, ətraf mühitə daha az təsir.

Texnologiya

Yüngül akkumulyator, ətraf mühitə daha az təsir.

Daha böyük akkumulyator əvəzinə VISION EQXX son dərəcə yüngül və yüksək səmərəli komponentlərlə düşünülüb. Nəticədə 30% daha yüngül və 50% daha kiçik enerji tutumlu akkumulyator alındı. Cəmi 0,17 olan aerodinamik müqavimət əmsalı (Cd) sayəsində o, havanı inanılmaz asanlıqla yarır.

Dizayn

Yeni səviyyədə rəqəmsal dəbdəbə.

VISION EQXX təkcə səmərəli deyil, həm də son dərəcə cəlbedici dizayna malikdir. Müasir mütərəqqi dəbdəbə gümüş, çəhrayı qızıl və qara parlaq aksentlərlə təqdim olunur. Salon materialları təbiətdən ilhamlanıb və heyvan mənşəli xammal olmayan tekstildən hazırlanıb. Bütöv displeydəki oyun mühərriki istifadəçi interfeysinin qrafikasını rəqəmsal dəbdəbənin yeni səviyyəsinə çıxarır.

Elektrik mobilliyinin dünya səfiri

Real yollarda 23 340 km.

Təqdimatından iki ildən çox keçsə də VISION EQXX hələ də ictimaiyyətin diqqətini çəkir. Bu müddətdə o, qabaqcıl elektrik texnologiyasını real həyatın ən müxtəlif çətin şəraitlərində sınayaraq 23 340 km yol qət edib. Aşağı aerodinamik müqavimətli zərif fastbek dizaynı onu elektrik mobilliyinin ən arzuolunan səfirinə çevirir.