Zəmanət

Yeni minik avtomobillərinə yürüşü məhdudlaşdırmadan 24 ay zəmanət.

Zəmanət müddətləri

Bu müddət ərzində nasazlıqların səbəbi keyfiyyətsiz materiallardan istifadə və ya istehsal texnologiyasının pozulması olduqda, nöqsanlar aradan qaldırılacaq, avtomobilin ehtiyat hissələri isə dəyişdiriləcək. Zəmanət alış tarixindən 2 il ərzində birinci və sonrakı sahiblərə şamil olunur.

24 ay

Yeni minik avtomobilləri

Yürüşü məhdudlaşdırmadan.

24 ay

Yeni kiçik tonnajlı avtomobillər

Və ya 200 000 km yürüş.

24 ay

Orijinal ehtiyat hissələri

  • Minik avtomobilləri üçün – yürüşü məhdudlaşdırmadan 24 ay.
  • Kiçik tonnajlı avtomobillər üçün – 24 ay (qovşaq və aqreqatlar üçün – 24 ay və ya 200 000 km yürüş).

Zəmanət şərtləri

  • Rəsmi nümayəndənin möhürü ilə təsdiqlənmiş avtomobilin satıldığı tarix və yer, planlı TX barədə qeydlərlə servis kitabçasının olması.
  • Yürüşün yolverilən həddə aşılması ilə müəyyən vaxt aralıqlarında vaxtaşırı texniki xidmət, həmçinin cari təmirin həyata keçirilməsi.
  • İstehsalçı zavodun zəmanətlə bağlı müddəası, nəqliyyat vasitəsinin istismar norma və qaydaları, Azərbaycanda Mercedes-Benz mütəxəssisləri – rəsmi nümayəndənin tövsiyələrinə əməl olunması.

Aşağıdakı hallarda zəmanət təqdim olunmur

  • Sifarişçi istismara dair təlimata əməl etmədikdə.
  • Avtomobil birbaşa təyinatı üzrə istifadə olunmadıqda.
  • Servis kitabçasında göstərilən texniki baxış və TX Mercedes-Benz-in səlahiyyətə malik olmayan texniki xidmət stansiyasında aparıldıqda.
  • Avtomobilin yolverilən tam kütləsinin, ox yüklənmələri, faydalı yüklənmə və ya şassinin yükqaldırma qabiliyyətinin aşıldığı aşkar olunduqda.
  • Avtomobilin səliqəsiz və ya yanlış istifadəsi, saxlanması və ya daşınması səbəbi ilə yaranan nöqsanlar.

Ehtiyat hissələri və aksesuarlara zəmanət

Mercedes-Benz-in Azərbaycanda rəsmi nümayəndəsinin servis mərkəzi tərəfindən satılan və quraşdırılan ehtiyat hissələri və aksesuarlar (məsarif olanlar istisna olmaqla) üçün 24 aylıq zəmanət müddəti müəyyən edilib.

Zəmanətin əhatə dairəsi

Mercedes-Benz zəmanəti yalnız mexaniki və digər zədələr olmadıqda orijinal ehtiyat hissələri və aksesuarlara (avtomobilin istismarı zamanı təbii aşınmaya məruz qalan detal və materiallar istisna olmaqla) şamil olunur.