MANUFAKTUR

MANUFAKTUR

Fərdiliyin ən yaxşı təzahürlərinin təcəssümü.

Şəxsiyyət üçün daha çox azadlıq.

MANUFAKTUR

Şəxsiyyət üçün daha çox azadlıq.

MANUFAKTUR Mercedes-Benz-in eksklüziv xarici bəzək və yüksək keyfiyyətli salon təchizatı üçün brendlərarası fərdiləşdirmə dəstidir. Seçilmiş materiallar və ustalıq sayəsində təkmilləşdirilmiş dizayn və həqiqətən xüsusi hiss təəssüratları əldə edirsiniz.

MANUFAKTUR təchizatı təkrarolunmaz görünüş təmin edir: sizin ideya və istəklərinizə uyğun diqqətlə hazırlanmış, xüsusi dəyərə malik avtomobil.

Hisslər üçün ustalıq.

MANUFAKTUR dəri üzlük

MANUFAKTUR dəri üzlük

Ən keyfiyyətli nappa dərisindən hazırlanan üzlük misilsiz estetikanı ən yüksək komfortla birləşdirir.

MANUFAKTUR sükanı

MANUFAKTUR sükanı

Nappa dərisi ilə örtülmüş və əl ilə tikilmiş sükan.

Komplektasiya rəngində yastıqlar

Komplektasiya rəngində yastıqlar

Əl ilə hazırlanmış və romb naxışı ilə tikilmiş yumşaq yastıqlar.

Uzun xovlu MANUFAKTUR xalçaları

Uzun xovlu MANUFAKTUR xalçaları

Tikilmiş firma loqosu ilə, MANUFAKTUR salon rəngində nappa dərisi ilə haşiyələnmiş.

MANUFAKTUR tavan üzlüyü

MANUFAKTUR tavan üzlüyü

Əl ilə tikilib və uyğunlaşdırılıb.

Salon

MANUFAKTUR salon bəzəyi.

Ən yaxşı MANUFAKTUR elementlərini seçin və unikal salon bəzəyi ilə fərdiliyinizi vurğulayın. Eksklüziv üzlük, sükan, bəzək elementləri, baş dayaqları və döşəmə xalçaları birinci dərəcəli komfort atmosferi yaradır. Xüsusi qapı astanaları, baş dayaqlarındakı loqo və mərkəzi konsoldakı MANUFAKTUR yazısı unikal interyerin vizit kartına çevrilir.

Maksimum fərdiliyin nişanı.

MANUFAKTUR yazısı

Maksimum fərdiliyin nişanı.

MANUFAKTUR yazısı avtomobilinizin fərdi sinfini rəsmən təsdiqləyir. Mərkəzi konsolda və ya G-Class-da tutacaqdakı yazı xüsusi seçilmiş materiallarla diqqətlə düşünülmüş istehsal prosesinin nəticəsidir.

MANUFAKTUR yazısı yalnız müəyyən komplektasiya ilə mümkündür.

Mercedes-Benz

Mercedes-Benz üçün MANUFAKTUR.

Yüksək keyfiyyətli MANUFAKTUR təchizatı hər dəfə təkrarolunmaz görünüş təmin edir. Mercedes-Benz, Mercedes-AMG və Mercedes-Maybach avtomobillərində firma xüsusiyyətləri ilə tanış olun.

İşıqlandırılan astana üzlükləri

İşıqlandırılan astana üzlükləri

“Mercedes-Benz” yazısı və naxışı ilə işıqlandırılan MANUFAKTUR qapı astanası üzlükləri.

Animasiyalı loqo proyeksiyası

Animasiyalı loqo proyeksiyası

Estetik işıqlandırma: dörd proyektor Mercedes-Benz naxışını effektli şəkildə əks etdirir.

Ulduzlu baş dayağı yastığı

Ulduzlu baş dayağı yastığı

Mercedes ulduzu tikilmiş MANUFAKTUR baş dayağı yastığı.

Ulduzlu uzun xovlu xalçalar

Ulduzlu uzun xovlu xalçalar

MANUFAKTUR rəngində nappa dərisi haşiyəli və Mercedes ulduzu tikilmiş uzun xovlu xalçalar.

Mercedes-AMG

Mercedes-AMG üçün MANUFAKTUR.

AMG Bright Magno Green boyası

AMG Bright Magno Green boyası

Xüsusilə ifadəli və zəngin: eksklüziv AMG Bright Magno Green çaları ilə AMG-yə olan ehtirasınızı vurğulayın.

“AMG” yazılı astana üzlükləri

“AMG” yazılı astana üzlükləri

Hər minib-düşəndə işıqlanan AMG yazısı və naxışı əsl idman üslubu təəssüratı yaradır.

Animasiyalı AMG loqo proyeksiyası

Animasiyalı AMG loqo proyeksiyası

Yan ətəkdəki proyektor asfaltda “AMG” yazısını əks etdirir – gəlişiniz gecə də işıqlanır.

AMG idman zolaqları

AMG idman zolaqları

Yarışdan götürülmüş qara, gümüşü və ya sarı yan astana plyonkaları avtomobilin idman xarakterini vurğulayır (Mercedes-AMG GT 4 qapılı kupe).

AMG loqolu MANUFAKTUR xalçaları

AMG loqolu MANUFAKTUR xalçaları

Üzlük rəngində dəri haşiyə və AMG loqosu tikilmiş dəri əlavə salona zərif aksentlər qatır.

Mercedes-Maybach

Mercedes-Maybach üçün MANUFAKTUR.

İkirəngli boya

İkirəngli boya

Əl ilə çəkilən filiqran ayırıcı xətlərlə zərif ikirəngli boya yalnız Mercedes-Maybach üçün mövcuddur.

“Maybach” yazılı astana üzlükləri

“Maybach” yazılı astana üzlükləri

Maybach yazısı və Mercedes-Maybach naxışı ilə işıqlandırılan astanalar avtomobilə müstəsna görünüş verir.

Animasiyalı Maybach loqo proyeksiyası

Animasiyalı Maybach loqo proyeksiyası

Hər minib-düşəndə animasiyalı loqo proyeksiyası müstəsna zərifliyə diqqət çəkir.

Maybach loqolu baş dayağı yastığı

Maybach loqolu baş dayağı yastığı

Maybach loqosu tikilmiş MANUFAKTUR baş dayağı yastıqları müstəsna komfortun daha bir elementidir.

MANUFAKTUR tavanı (S-Class)

MANUFAKTUR tavanı (S-Class)

Nappa dərisindən MANUFAKTUR tavan üzlüyü salonda xüsusilə keyfiyyətli və dəbdəbəli mühit yaradır.

G-Class

G-Class üçün MANUFAKTUR.

MANUFAKTUR boyaları

MANUFAKTUR boyaları

İfadəli MANUFAKTUR boyalarının geniş çeşidi G-Class-ın xarakterik görünüşünü effektli vurğulayır.

MANUFAKTUR dəri salon

MANUFAKTUR dəri salon

Ən xırda detallarda təkrarolunmazlıq: unikal dəri rəng uyğunluqlarından kontrast tikişə və ikirəngli panelə qədər.

Qara xarici aksentlər

Qara xarici aksentlər

Qara MANUFAKTUR aksentləri ilə unikal G-Class-ınız daha parlaq görünəcək.

MANUFAKTUR sərnişin tutacağı

MANUFAKTUR sərnişin tutacağı

Həqiqətən unikal: əfsanəvi tutacaq üzərində eksklüziv MANUFAKTUR yazısı.

Albalı ağacından baqaj döşəməsi

Albalı ağacından baqaj döşəməsi

Albalı ağacından hazırlanan MANUFAKTUR baqaj döşəməsi ilə baqaj bölməsinə də təkrarolunmazlıq qatın.

Avtomobildə regionunuzun bazarında (hələ) mövcud olmayan əlavə opsiyalar ola bilər.